Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

06 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Babək prospekti, mərkəz istiqamətdə;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur. // Press.az //

Oxşar xəbərlər
OTACI