Rusiyanın məşhur "Buro 24/7" nəşrinin baş redaktoru Yekaterina Darma sevgilisi, milyarder Rəşid Sərdarovun oğlu Timur Sərdarovla evlənib.
Press.az xəbər verir ki, cütlüyün toyu İtaliyada baş tutub.
Rus "Elle" nəşrinin keçmiş baş redaktoru Yekaterina Muxina aşiqlərin toyunun görüntülərini Telegram kanalında yayımlayıb.
Qeyd edək ki, ötən ilin dekabrında Yekaterina Darma və Timur Sərdarov cütlüyün oğlan övladı dünyaya gəlib. Onlar körpələrinə babasının şərəfinə Rəşid adını veriblər.