Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeni doğulan körpəsini öldürən ana ilə bağlı rəsmi AÇIQLAMA

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olması, ekspertizalar nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad və soyadlar şərtidir) olması müəyyən edilib.

Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər
OTACI