Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş Prokurorluqdan vəkilin ölümü ilə bağlı - AÇIQLAMA

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vəkil Vüsal Mirzəyevin Sumqayıt şəhərində yaşadığı evdə intihar etməsinə dair şəhər prokurorluğunda araşdırma aparılır.

Press.az xəbər verir ki, bbu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib.

Vüsal Mirzəyevin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edilib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev intihar edib. Hadisə Sumqayıtda baş verib. Belə ki, vəkil özünü yaşadığı həyətdə qaz borusundan asıb.

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI