Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa çempionatında 4 qızıl, 4 bürünc medal şansı

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edən milli komandamız yarışın son günündə - fevralın 5-də 4 qızıl və 4 bürünc medal uğrunda mübarizə aparacaq.

Azərbaycan Milli Karate Federasiyasından Press.az-a verilən məlumata görə, 14-15 yaşlı yeniyetmələrdən Gülay Orucova (54 kq), 16-17 yaşlı gənclər arasında Fərid Savadov (55 kq) və Aysu Əliyeva (59 kq), 21 yaşadək gənclərin yarışında isə Əminağa Quliyev (60 kq) final görüşünə çıxacaq.
14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov (kata), Fatima Məmmədova (47 kq) və Rahib Əzim (70 kq), eləcə də 21 yaşadək gənclərin yarışında Hüseyn Məmmədli (67 kq) isə bürünc medal görüşlərində iştirak edəcək.

Xatırladaq ki, çempionat fevralın 3-də start götürüb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI