Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Ermənistan verilən fürsətdən istifadə etməlidir” - Hulusi Akar

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək tək davam edəcək".

Press.az APA-ya istinadən bildirir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar "Milliyet" qəzetinə müsahibəsində bildirib.

Nazir bildirib ki, Zəngəzur dəhlizi və oradan keçəcək dəmir yolları və avtomobil yolları regionun iqtisadi, sosial həyatı və təhlükəsizliyi baxımından çox dəyərlidir.

"Ermənistan Cənab İlham Əliyevin və Prezidentimizin uzatdığı sülh əlini tutmalıdır. Onların kənar təsir daiəsində qalaraq xəyallarda olması məntiqi yanaşma deyil. Biz Ermənistana verilən bu fürsətdən istifadə etsin deyirik", - deyə Hulusi Akar bildirib.

Oxşar xəbərlər
OTACI