Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda qəribə olay – körpə dişlə doğuldu

03 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda yeni doğulan körpəni müayinə edən zaman həkimlər maraqlı vəziyyətlə üzləşiblər. Çəkisi 4 kiloqrama yaxın olan qız uşağının 2 dişinin olduğu müəyyən edilib. Həkimlər belə halın nadir olduğunu bildiriblər.

Press.az xəbər verir ki, hadisə Sumqayıtdakı xəstəxanalardan birində qeydə alınıb.

Bu gün dünyaya gələn qız uşağının boyu 55 sm, çəkisi isə 3 kq 800 qramdır. Körpənin dişləri ilə doğulması isə stomotoloqları da təəccübləndirib. Onlar bunun normal hal olmadığını deyirlər.

Buna görə də həkimlər kiçik bir müdaxilə ilə uşağın dişlərini çıxarıblar.

Pediatrlar isə belə durumların hər 3-4 min uşaqdan bir rast gəlindiyini bildirirlər.

Hazırda körpənin vəziyyəti normaldır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxşar xəbərlər
OTACI