First slide

Arvadını beşinci mərtəbədən atan şəxslə bağlı QƏRAR

26 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ali Məhkəmədə Bakıda həyat yoldaşını 5-ci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Press.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən, R.Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə qərar qəbul olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra R.Taxveli kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırlatma: Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilib. İttihama görə, R.Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R.Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb. İttihama münasibət bildirən R.Taxveli nədə təqsirləndirildiyini anlamadığını deyib. A.Taxveli gənclər və idman naziri, mərhum Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası A.Rəhimovun xalası qızıdır. R.Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir.

R.Taxveli “Buta Palace”ın art-direktoru, A.Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

Ona qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133-cü (əzab vermə) 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı verilib.

Oxşar xəbərlər
OTACI