Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda qırx gün ərzində 20 mindən çox şəxsə qripə qarşı vaksin vurulub

26 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.

Press.az Oxu.Az-a istinadən  xəbər verir ki, Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib.

Bildirilib ki, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Şəmkir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.

Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyinin aldığı vaksinlər Niderland istehsalıdır.

Xatırladaq ki, 2022-23-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regionunda influenza epidemiyası elan edib.

 

Oxşar xəbərlər
OTACI