Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Finlandiya Türkiyəyə tətbiq etdiyi embarqonu ləğv etdi

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Finlandiya 2019-cu ildən Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv edib.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya Müdafiə Nazirliyi 2019-cu ildən qüvvədə olan “Türkiyəyə hərbi texnika ixracına qoyulan embarqonu” ləğv etdiyini və ona hərbi texnika üçün ilk ticari ixrac lisenziyasını verdiyini açıqlayıb.

Finlandiya Türkiyənin Suriyadakı hərbi əməliyyatına görə 2019-cu ilin oktyabrında ixrac lisenziyasını dayandırmışdı.

Silah satışı icazəsi Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün irəli sürdüyü şərtlərdən biri idi.

Oxşar xəbərlər
OTACI