Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa Məhkəməsi hüquqi müstəvidən kənar addımlar atır

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra işlər üzrə Azərbaycanla kommunikasiyanın başlanması ilə bağlı qərarları siyasi xarakter daşıyır.

Press.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin yanvarın 25-də keçirilən iclasında deyib.

O bildirib ki, Avropa Məhkəməsi və digər beynəlxalq məhkəmələr hüquqi müstəvidən kənar addımlar atırlar.

Z.Oruc həmçinin, bu gün ölkədə vətəndaşların əmlak və mülkiyyət toxunulmazlığı ilə bağlı müəyyən problemlərin olduğunu da xatırladıb:

“Təxminən 2014-2015-ci illərdə bir mənzili 3-4 şəxsə satan tikinti şirkətləri ilə bağlı qanunvericilik qəbul edilib. Uzun müddət keçməsinə baxmayaraq heç bunu yada salan da yoxdur. Baxmayaraq ki, aidiyyəti qurumlar bu sahədə qanunu pozan tikinti şirkətləri barədə müvafiq addımlar atıb. Amma vətəndaşın buna heç bir xeyri yoxdur. Onlar illərlə verdikləri vəsaitin nə vaxt geri qaytarılacağını gözləyirlər”.

Oxşar xəbərlər
OTACI