Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaxarova Avropaya səsləndi: Bütün dünya xarabalığa çevrilərkən...

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropanın ABŞ-ın onlara qarşı hansı planlarının ola biləcəyini anlamasının vaxtı çatdığın bildirib.

Press.az xəbər verir ki, diplomat öz teleqram kanalında İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin bəyanatına diqqət çəkib.

Tayani belə deyib: “Avropanın real xarici siyasəti, eləcə də müdafiə siyasəti yoxdur. Biz həmişə özümüzü amerikalılardan sonra tapırıq. Müdafiə qüvvələri də xarici siyasətlə məşğuldur. Biz gecikmişik və bu haqda 1954-cü ildən danışırıq... Avropa dünya üçün lazımdır. Ən güclü ölkə olan Almaniya belə mövqe nümayiş etdirə bilmir. Merkel kimi kifayət qədər insan yoxdur. Biz hər şeyi etməliyik ki, münaqişə heç vaxt genişlənməsin. Nə NATO, nə də Ukraynaya yardım etməyə borclu olan Avropa Rusiya ilə müharibə vəziyyətində deyil”.

Bununla bağlı Rusiya XİN-in rəsmi nümayəndəsi təəccübləndiyini bildirib: “Doğrudanmı onlar başa düşmürlər ki, ABŞ Avropanı böyük müharibəyə sürükləyir? Niyə?”

“ABŞ dollarını təmin etmək və Amerika iqtisadiyyatının artım tempini qorumaq üçün dünyada gərginlik ocaqları yaratmaqdan başqa heç bir resurs yoxdur. Su nişanları olan yaşıl kağız yalnız bir şeylə təmin olunur - mətbəə və mürəkkəbin olması. Avropa təcili olaraq letargik yuxusundan oyanmalı və nəhayət, Qərb ölkələri tərəfindən başladılan əvvəlki iki dünya müharibəsinin təşəbbüskarının ABŞ olduğunu xatırlamalıdır. Bütün dünya xarabalığa çevrilərkən, Vaşinqton kül üzərində “Pax Americana” yaratdı”.

Oxşar xəbərlər
OTACI