Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Son günlər geniş yayılmış virusdan necə qorunaq?

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Virusdan qorunmağın ən optimal yolu peyvəndlərdir. Xüsusilə də uşaqlar üçün profilaktik qorunma üçün ən effektiv vasitədir”.

Press.az  Oxu.Az -a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə tibbi maskadan istifadə edilməsi önəmlidir:

“Eyni zamanda əlləri tez-tez yumaq, otağın havasını dəyişmək də profilaktik qorumaya daxildir”. 

Ə.Quliyev onu da əlavə edib ki, həkim məsləhəti olmadan valideynlərin müalicə metodu kimi uşaqlara vitamin, sirop və ya təbii otlardan istifadə etməsi də düzgün deyil:

“Özbaşına müalicə başqa problemlər yarada bilər”.

Oxşar xəbərlər
OTACI