Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2024-cü il yanvarın 1-dək təxirə salınır

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2024-cü il yanvarın 1-dək təxirə salınır.

Press.az “Report-a istinadən ” xəbər verir ki, bu məsələnin yer aldğı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

12:11

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi müddəti 2024-cü il yanvarın 1-dək təxirə salınır.

“Report” xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib.

Bildirilib ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Oxşar xəbərlər
OTACI