Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abşeronda yaşayış evində partlayış olub

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron rayonu, Görədil kəndində fərdi yaşayış evində partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsində yerləşən mətbəxində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.

Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüblər.

Press.az 

Oxşar xəbərlər
OTACI