Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-a boyun əyməyə razılaşdı – Lavrovdan SƏRT REAKSİYA

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yunanıstanın Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr siyahısında iştirakını tənqid edib.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunanıstan və Kipr Rum Administrasiyasının son illərdə Rusiyaya qarşı ən mehriban davranan ölkələr arasında olduğunu müdafiə edən Lavrov, çoxlu ortaq mədəni və təhsil fəaliyyətlərinin olduğuna da diqqət çəkib:

"Biz yunanlar ilə dost idik. Ölkə liderlərindəki dəyişikliyi qeyd etdik. Onlar ya razılaşdılar, ya da Amerika reseptinə boyun əyməyə məcbur oldular. Biz Rusiyaya qarşı təcavüzü məmnuniyyətlə qəbul edənlər haqqında nəticə çıxardıq. İmzalayanların “cəbhə”yə keçmə sürəti və anti-Rusiya hərəkətləri ilə məşğul olan liderlər qrupunun sürəti qəribə idi. Bu, yunanların maraqlarını deyil, aqressiv müxalifətin tətbiq edilmiş xəttini əks etdirir" - Lavrov Rusiyanın Afinadakı səfirliyinin “Twitter” hesabında paylaşım edib.

Oxşar xəbərlər
OTACI