Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveç, Finlandiya və Türkiyə arasında danışıqlar ləğv edildi

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırıldıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçə cavab olaraq ,“NATO-ya üzvlüklə bağlı heç bir dəstək görməyəcəksiniz” - deyib.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveçin üzvlük proseslərini birlikdə davam etdirdiyi Finlandiya xarici işlər naziri Pekka Haavisto, "İsveç, Finlandiya və Türkiyə arasında danışıqlar dayandırılmalıdır. Vəziyyət sakitləşdikdən sonra davam etmək daha yaxşıdır. Finlandiya NATO prosesində İsveç olmadan irəliləməyəcək. İsveç yoxdursa, biz də yoxuq" – bəyan edib.

Haavisto həmçinin, "Dünən Türkiyənin xarici işlər naziri (Mövlud Çavuşoğlu) ilə danışdım və seçkilərə görə vəziyyət gərgindir, lakin ümid edirik ki, bu proses irəliləyəcək. Biz Türkiyə ilə əvvəlki kimi əlaqə saxlamağa razılaşdıq. Türkiyədə seçkilərlə əlaqədar təqvimdə mümkün gecikmə ola bilər” – deyib.

Oxşar xəbərlər
OTACI