Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"a Çempionlar Liqasında oynamaq üçün keçmişdim"

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi Ağdam təmsilçisinə transferi ilə bağlı danışıb.

Press.az xəbər verir ki, norveçli yarımmüdafiəçi "eurosport.no" saytına müsahibəsində "Qarabağ" karyerasının uğursuz alınmasının zədəsi ilə bağlı olduğunu xatırladıb.

"Çempionlar Liqasında oynamaq istəyirdim. Ona görə də "Qarabağ"a keçdim. Amma ayağımdan zədə aldım. Bu qədər ciddi olacağını düşünmürdüm. "Qarabağ"da cəmi 7 oyun keçirməyim bununla bağlı idi. Ayaq biləyimdə ciddi zədə vardı. Əlimdən gələni etdim, amma alınmadı. "Olimpiakos"a qayıtmaq variantı yox idi. Ona görə də seçimim AİK oldu".

Xatırladaq ki, Elyunussi 2017-ci ilin yayında Ağdam təmsilçisi ilə müqavilə bağlasa da, zədəsi səbəbindən komandada möhkəmlənə bilməyib və cəmi altı ay sonra Azərbaycanı tərk edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI