Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dini baxışlara hörmət seçim deyil, zərurətdir – Rusiya

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin İsveçdə Qurani-Kərimin yandırılması və etirazlarla bağlı açıqlamasına münasibət bildirib.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-nun baş katibi Stoltenberq bu gün verdiyi açıqlamada, "İsveçin paytaxtında Qurani-Kərimin yandırılması və digər hadisələrə İsveç hökuməti dərhal sərt reaksiya verdi və onları qınadı. Lakin ifadə azadlığı İsveçdə və NATO-nun bütün digər üzvlərində qiymətli sərvətdir. Bu cür qeyri-münasib hərəkətlər avtomatik olaraq qanunsuz deyil” - sözlərini işlətmişdi.

Zaxarova Stoltenberqin bəyanatına cavab olaraq bildirib ki, dini baxışlara hörmət etmək “məcburi”dir:

“Beynəlxalq sənədlərdə ifadə azadlığı hüququna hər hansı bir din və ya dini ayin haqqında tənqidi və təhqiredici ifadələrin işlədilməsi, xüsusilə də müsəlmanlar üçün müqəddəs olan Qurani-Kərimin yandırılması daxil deyil. Dini baxışlara hörmət zərurətdir, seçim yox. Niyə Stoltenberq bunu bilmir? Çünki Qərb təhsilsiz insanları Avropanın əsas yerlərinə atmaqdadır. Onları idarə etmək asandır. Bu qədər avropalı manipulyasiya edilir. Əgər Anglo-Saksonların nəzarətində olan ölkələr hamını mövcud olmayan cinsləri tanımağa məcbur edirsə, onlar milyonlarla insanın müqəddəs hesab etdiyi şeylərə hörmət etməlidirlər” - deyib.

Oxşar xəbərlər
OTACI