Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ceyhun Bayramov Kayrat Sarıbay ilə görüşdü

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclası çərçivəsində Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Press.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib. 

“İƏT Nazirlər Şurasının 26-cı iclası çərçivəsində AQEM-nin Baş katibi Kayrat Sarıbay ilə görüşməkdən məmnunam”, - deyə C. Bayramov qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və AQEM arasında əlaqələrin, o cümlədən də nəqliyyat və rabitə sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Həmçinin, son regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI