Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyalı oliqarxa işləyən keçmiş FTB agenti həbs edildi

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Ədliyyə Departamenti FTB-nin yüksək səviyyəli əks-kəşfiyyat zabitinin rus oliqarxa ABŞ sanksiyalarından yan keçməsinə kömək etdiyinə görə həbs edildiyini açıqlayıb.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ FTB-nin keçmiş agenti MakQoniqanın rus oliqarx Oleq Deripaska ilə əlaqəsi olduğu ortaya çıxıb. ABŞ-da aparılan istintaq çərçivəsində rusiyalı oliqarx Oleq Deripaskaya kömək etməkdə ittiham olunan keçmiş Federal Təhqiqat Bürosunun (FTB) rəsmisi Çarlz Makqoniqal, həmçinin keçmiş sovet dövründən bu yana xidmət etmiş keçmiş rusiyalı diplomat, daha sonra ABŞ vətəndaşı məhkəmə tərcüməçisi Sergey Şestakov da saxlanılıb.

Nyu-Yorkun Cənub Dairəsi məhkəməsi dünən ABŞ sanksiyalarından yayınma və yan keçməyə cəhd, çirkli pulların yuyulması və çirkli pulların yuyulmasına cəhddən ibarət ittiham aktını açıqlayıb.

Makqonial və Şestakovun yaxın günlərdə hakim qarşısına çıxarılacağı bildirilir.

Günahı sübuta yetirilərsə, Makqonialı 80 il, Şestakovu isə 85 il həbs cəzası gözləyir.

Oxşar xəbərlər
OTACI