Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropada qaz yenə də ucuzlaşır

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropada təbii qazın qiyməti düşməkdə davam edir.

Press.az xəbər verir ki, Avropada havanın isti keçməsi təbii qaza olan tələbatı azaldır. Bu isə qaz qiymətlərində ucuzlaşmaya səbəb olur.

Ucuzlaşmanın sürətlə getdiyi bildirilir. Çərşənbə axşamı hərracların açılışında Avropada qazın birja qiymətləri demək olar ki, 10% ucuzlaşaraq min kubmetr üçün 670 dollar səviyyəsinə çatıb. Bundan öncə isə Avropa birjalarında qazın qiyməti yanvarın 17-də rekord minimuma enərək min kubmetr üçün 600 dollardan aşağı düşmüşdü.

Ekspertlər Avropanın bu qışı yüksək stok nisbəti ilə tamamlamasının gələcək il üçün ehtiyat yaratmağı asanlaşdıracağını və bazar gücünü artıracağını deyirlər.

Yanvarın 21-nə olan məlumata görə, doluluq nisbəti Aİ-nin ümumi təbii qaz anbarlarında yüzdə 78,35, Almaniyanın anbarlarında yüzdə 86,53, Fransada 73,63, İtaliyada isə 76,45 faiz təşkil edib.

Oxşar xəbərlər
OTACI