Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naxçıvan polisi vətəndaşlarda odlu silahlar aşkarlayıb

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naxçıvan MR daxili işlər orqanlarında (DİO) əhalidə qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Press.az report-a istinadən xəbər verir ki, Culfa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd "JP-18" markalı ov tüfəngi, Kəngərli RPŞ-nin əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabidin oğlundan 1 ədəd "Teksan-S-870" markalı ov tüfəngi və Şahbuz RPŞ-nin əməkdaşları Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan "F-99" markalı qaz tapançası aşkarlayaraq götürüblər.

Faktlarla bağlı DİO-nun aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI