Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nadir Tünzalənin ərinə müraciət etdi

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Nadir Qafarzadə mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşına müraciət edib.

OLAY yazır ki, "Bizimləsən" proqramında qonaq olan sənətçi aktrisa ilə bağlı fikirlərini bölüşüb, onun əri Röyala üzünü tutaraq bunları deyib:

"Mənə təsir edən bilirsiz nədir? Onun qızı Zəhranın tək qalması mənə çox pis təsir edir. Mənim 52 yaşım var, hələ də ana qucağına ehtiyacım var. Düzdür, o uşağın atası var. Uşaq anadan bütöv yetim qalır. Üzümü həyat yoldaşına tuturam: "Cavansan. Ola bilsin ki, gələcəkdə ailə həyatı quracaqsan. Qınamarıq, öz qərarındır. Amma Tünzaləni unutma".

Bundan əlavə, Qafarzadə Əməkdar artistin ölüm xəbərini eşidən zaman yaşadığı hisslərdən danışıb:

"Acizəm, dünən xəbəri eşidəndən sonra hər kəsdən xahiş etdim ki, evdən gedin, tək qalmaq istəyirəm. Ağlamaq, özümlə danışmaq istədim. Onlara dedim ki, sizi söyüş söyə, təhqir edə bilərəm. İmkan verin, tək qalım. Səhəri efirə çağırmışdılar. Canlı efir olduğu üçün məcbur getdim. Afaq xanımın (Afaq Gəncəli- red) da vəziyyəti pisləşdi. Efiri yarıda qoyub getdi, dözə bilmədi. Bilirsiz, o da övladını xərçəngdən itirib".

Oxşar xəbərlər
OTACI