Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdəmirdə sürücü avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçıb

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir rayonunda sürücü avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçıb.

Bu barədə Press.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 23-də saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin VAZ-21099 markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb.

Oxşar xəbərlər
OTACI