Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən il qanunsuz ağac kəsmə faktı üzrə 200 cinayət işi başlanılıb

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2022-ci il ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 200, balıq və başqa su heyvanlarını tutmağa görə 112, qanunsuz ovla bağlı isə 2 cinayət işi başlanılıb.

Bu barədə Press.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 3056 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Ötən il ərzində keçirilən birgə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 14.600 fiziki və hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
OTACI