Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN: "Azərbaycanda cinayətlərin sayı azalıb"

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda cinayətlərin sayı azalıb.

Press.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2,4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17,6, ailə münaqişəsi zəminində törədilənlər 2,4, mal-qara oğurluğu 21,3 faiz azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanda 36 494 cinayət qeydə alınıb.

Oxşar xəbərlər
OTACI