Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakının əsas prospektinin bir hissəsindəki təmir işləri yekunlaşdı

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində təmir işləri yekunlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, sözügedən ərazilərdə qum əsası üzərində düzülmüş kiçikölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.

Nəqliyyat və piyadaların çox hərəkət etdikləri sözügedən prospekt və küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçikölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyünün salınması işlərinə başlanılıb.

Təmir işləri çərçivəsində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində müvafiq işlər yekunlaşdırılıb. Hazırda Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan 232 metrlik hissəsində bu istiqamətdə təmir işləri icra olunur.

Məlumata görə, “İnşaat norma və qaydaları”na əsasən və tərtib olunmuş qrafikə uyğun olaraq aparılan təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər
OTACI