First slide

Bakıda evdən meyit tapılıb

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Press.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar. Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov Atəş Vahid oğlunun meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
OTACI