Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qafqazda boşanmalar niyə artır? - Ekspert

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Statistika İdarəsinin 2022-ci il üçün məlumatına görə, Çeçenistan, Dağıstan və İnquşetiyada boşanmaların sayı demək olar ki, iki dəfə artıb. Həmçinin bu respublikalarda ilin sonunda nikahların sayında azalma qeydə alınıb.

Press.az oxu.az-a istinadən xəbər verir ki, ailə üzrə ekspert Qalina Karaseva statistikaya təsir edən səbəblər barədə danışıb.

O bildirib ki, Avropa həyat tərzi Şimali Qafqaza və yerli əhalinin adət-ənənələrinə təsir etməyə başlayıb.

"Şərq yox, Avropa mədəniyyəti Qafqaza nüfuz etməyə başlayıb. Artıq yerli sakinlər boşanmağa daha asan qərar verirlər", - deyə o, bəyan edib.

Bundan əlavə, onun fikrincə, COVİD pandemiyası da vəziyyətə mənfi təsir edib. Bir çox ailələrdə karantin səbəbindən münasibətlər pisləşib.

Bu arada, boşanmaların ən aşağı göstəricisi Moskva və Sankt-Peterburqda qeydə alınıb. 2022-ci ildə iki paytaxtda nikahların sayı boşanmaların sayını demək olar ki, iki dəfə üstələyib.

Karaseva izah edib ki, bu, meqapolislərin sakinlərinin yüksək rifahı ilə əlaqədardır - maddi durum nikahın qorunub saxlanmasına müsbət təsir göstərir.

"Böyük şəhərlərdə insanlar münasibətlərini rəsmiləşdirməyə çalışmırlar. Buna görə də onların sonu statistikaya daxil edilməyib", - deyə ekspert qeyd edib.

Oxşar xəbərlər
OTACI