Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Alveşin cinsi təcavüz iddialarının yeni təfərrüatları

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Barselona”nın sabiq futbolçusu Dani Alveşin cinsi təcavüzdə ittiham olunmasının yeni təfərrüatları üzə çıxıb.

Press.az xəbər verir ki, bununla bağlı İspaniyanın “El Periodico” nəşri məlumat yayıb.

İddiaya görə, braziliyalı futbolçu Barselonadakı gecə klublarının birində qızı tualetə aparıb və onunla qeyri-cinsi əlaqəyə girməyə çalışıb. İttihamçı tərəfinin sözlərinə görə, qız müqavimət göstərməyə başlayıb, bundan sonra Alveş onu vurub və cinsi təcavüz edib.

Videogörüntülərdən Alveş və onu zorlamaqda ittiham edən qızın 15 dəqiqəyə yaxın tualetdə oluqları məlum olub.
Zorlamanın qurbanı olan şəxs təzminat almaq istəməyib və futbolçunun həbsini tələb edib.

Qeyd edək ki, 39 yaşlı müdafiəçi bir neçə gün əvvəl zaminə buraxılmadan müvəqqəti həbs cəzasına məhkum edilib. İspaniya qanunlarına görə günahı sübuta yetirilərsə, Dani Alveşə 4 ildən 12 ilə qədər həbs cəzası verilə bilər.

Xatırladaq ki, baş verənlərə görə Meksikanın “Pumas” klubu Alveşlə müqaviləyə xitam verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI