Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Afinadan Avropaya: Türkiyə ilə sərhədi qoruyun!

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yunanıstanın sərhədlərini qorumaq üçün Avropa Birliyinin dəstəyinə ehtiyacı var.

Press.az axar.az-a istinadən bildirir ki, bu barədə Yunanıstan vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos deyib.

"Avropa dövlətlərinin və onların vətəndaşlarının təhlükəsizliyi qeyri-qanuni immiqrasiya ilə mübarizə və Yunanıstanda xarici sərhədləri qorumaq deməkdir. Görüşümüz birlik və həmrəylik siqnalıdır və Türkiyə ilə Avropa sərhədlərini effektiv şəkildə qorumaq, beynəlxalq hüquqa hörmət etmək üçün ümumi iradəmizi, həmçinin Cənubi Aralıq dənizinin daha geniş regionunda sülh, sabitlik və əməkdaşlıq əzmimizi ifadə edir",- o bildirib.

Nazirin sözlərinə görə, 2022-ci ildə hakimiyyət orqanları 260 min qeyri-qanuni miqrantın ölkəyə girişinin qarşısını alıb, 1500-ə yaxın insan alverçisi həbs edilib və hər gün Yunanıstan sərhədçiləri 300-400-ə yaxın qanunsuz miqrantın ölkəyə girişinin qarşısını alır.

Oxşar xəbərlər
OTACI