Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Het-trik edib Aqueronun rekordunu qırdı

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland komandanın sabiq futbolçusu Serxio Aqueroya məxsus rekordu yeniləyib.

Press.az "Opta"ya istinadən xəbər verir ki, norveçli hücumçu buna hazırda Premyer Liqanın 21-ci turunda "Vulverhempton"la keçirilən oyunda nail olub.

Matçda het-trik edən forvard komandanın ev oyunlarını keçirdiyi "Etihad" stadionunda bu mövsüm vurduğu qollarının sayını (11 oyuna) 19-a çatdırıb. Aquero isə 2011-2012 mövsümündə ev oyunlarında 16 qol vurmuşdu. 

Qeyd edək ki, Haaland bu mövsüm Premyer Liqada ümumilikdə 19 oyuna 25 qol vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI