Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hoteldəki yanğında həlak olan ailənin FOTOları

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gecə Qusarın Cağar kəndində yerləşən "Park Qusar" hotelindəki koteclərdən birində baş vermiş dəhşətli yanğında həyatını itirən şəxslərlə bağlı bəzi məqamlar üzə çıxıb. 

Press.az "Qafqazinfo"ya istinadən bildirir ki, yanaraq vəfat edən 1969-cu il təvəllüdlü Emin Babayev uzun illər müxtəlif şirkətlərdə, eləcə də "Azərlotereya"da işləyibmiş.

Hadisə vaxtı onun həyat yoldaşı Zülfiyyə Babayeva və ailənin yeganə övladı, 2005-ci il təvəllüdlü Rauf da dünyasını dəyişib.

Ailə üzvlərinin fotosunu təqdim edirik.

Qeyd edək ki, ilkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib. Hadisə nəticəsində kotecin digər mərtəbəsində olan 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov da vəfat edib. Bundan başqa, 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova isə xəsarət alıb.

Oxşar xəbərlər
OTACI