Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Twitter” əməkdaşlarının 80 faizi şirkəti tərk edib

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milyarder İlon Maskın "Twitter"-i almasından sonra şirkətin əməkdaşlarının 80 faizə yaxını ya işdən çıxarılıb, ya da öz ərizəsi ilə işdən çıxıb.

Press.az APA-ya istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı "Twitter"-də daxili yazışmalara istinadən məlumat yayıb.

Beləliklə, şirkət əməkdaşlarının sayı 1,3 minə qədər azalıb. Xüsusən istifadəçilərin təhlükəsizliyinin təmini üçün şirkətin siyasəti, dizaynı və məhsul dəyişikliyinə dair məsləhətlər verməklə məşğul olan sektorunun əməkdaşlarının sayı hazırda 20 nəfərə qədər azalıb. Ekspertlər təcrübəli əməkdaşların sayının azalmasının "Twitter”-ə xidməti çətinləşdirəcəyi qənaətindədirlər.

Oxşar xəbərlər
OTACI