Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naxçıvanda 5 nəfər qazından zəhərlənib

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naxçıvanda dəm qazından zəhərlənmə halları qeydə alıb.

Press.az apa-ya istinadən xəbər verir ki, Şərur rayon Danyeri kənd sakinləri Tahirə Cəfərova və Nisə Cəfərova evdə qaz sızması nəticəsində zəhərləniblər.

Digər zəhərlənmə halı isə Babək rayon Buzqov kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri Aydan və Əsli Əhmədli bacıları evdə zəhərləniblər. İlkin məlumata görə, zəhərlənməyə səbəb hamamda dəm qazının sızması olub.

 

Ordubad rayon Nüsnüs kənd sakini Məhəmməd Əhmədli isə yaşadığı ünvanın hamam otağında dəm qazından zəhərlənib.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Hər üç faktla bağla araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI