First slide

Hakimi ilin ən yaxşı ərəb idmançısı seçildi

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PSJ və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi 2022-ci ilin ən yaxşı ərəb idmançısı seçilib. 

Press.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı oyunçu  dünən Ər-Riyadda keçirilən Joy Awards mərasimində nüfuzlu mükafata layiq görülüb. Futbolçu tədbirdə anası ilə birlikdə iştirak edib.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Hakimi Mərakeş millisi ilə birgə turnirin yarımfinalına çıxıb və bu mərhələdə Fransaya uduzub (0:2). 

Oxşar xəbərlər
Category news

tr_star

05 Feb 2023

OTACI