"Barselona"nın hücumçusu Robert Levandovski ölkəsi Polşada 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.
Press.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Polşa millisinin kapitanı karyerasında 11-ci dəfə bu mükafatı alıb. Ötən il hücumçu "Bavariya" ilə birlikdə Bundesliqanın qalibi olub. O, milli komanda ilə Qətərdə keçirilən dünya çempionatında da iştirak edib.