First slide

Müharibədə 150 min ukraynalı hərbçi ÖLÜB - İDDİA

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Silahlı Qüvvələrinin 150.000 hərbçisi həlak olub. 

Press.az xəbər verir ki,  bunu ABŞ ordusunun təqaüdçü polkovniki və Virciniya ştatı Senatının keçmiş üzvü Riçard Blek deyib.

 

Amerikalı ekspertin fikrincə, Qərbdə Ukraynada “sızdırılmış” “sənəd var idi” və orada “təxminən 35 min”, “qəbiristanlıqlar və meyitxanaların qeydləri”ndə isə 200 min nəfər itkin düşmüş kimi göstərilib.

“Bunlar altı həftə əvvəlki rəqəmlərdir. Düşünürəm ki, döyüş meydanında 150.000 ölü var”, - Blek bildirib.

Daha əvvəl Donetsk Xalq Respublikasının başçısı səlahiyyətlərini icra edən Denis Puşilin Demokratik Xalq Respublikasında Soledar şəhərinin ələ keçirilməsi nəticəsində Ukrayna Silahlı Qüvvələrinin itkilərinin “minlərlə” olduğunu bildirib.

Oxşar xəbərlər
OTACI