Fransalı baş məşqçi Zinəddin Zidan məşqçilik karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirmək istəyir. Mütəxəssis bu məqsədlə Portuqaliya, Braziliya, ABŞ, Qətər və Birləşmiş Ərəb Əmirlikləri yığmalarına rəhbərlik etmək təklifindən imtina edib.
Press.az xəbər verir ki, bu barədə "L" nəşri məlumat yayıb.
Qeyd edək ki, Zidan 1996-2001-ci illərdə "Yuventus"da çıxış edib. Komanda ilə birlikdə iki dəfə İtaliya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb.