Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Medvedev Ukraynadakı əməliyyatları yeni Vətən müharibəsi adlandırdı

21 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rusiyanın 2022-ci ildə Ukraynada başlatdığı xüsusi hərbi əməliyyat yeni Vətən müharibəsidir. Bu müharibədə qələbə Rusiyanın olacaq".

Press.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrelin sözlərinə cavab olaraq deyib.

"Afərin, Borrell. O, ölkəmizin Napoleonu və Hitlerə qalib gəldiyini xatırladı. Diqqət yetirin ki, özü də analogiya aparıb" ,- siyasətçi qeyd edib.

Qeyd edək ki, cümə günü Madriddə keçirilən Yeni İqtisadiyyat Forumunda Cozef Borrel Ukraynaya yardımın dava etdirilməsinin vacibliyini vurğulayıb.

"Rusiya sona qədər mübarizə aparmağa öyrəşib, az qala uduzmağa və sonra bunun əvəzini çıxmağa alışıb. Rusiya bunu Napoleonla, Hitlerlə mübarizəsində göstərdi. Məhz buna görə də, Rusiyanın Ukraynadakı müharibəni uduzduğunu düşünmək absurd olardı. Beləliklə, hərbi yardımlar artırılmalıdır".

Oxşar xəbərlər
OTACI