Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Masallıda narkokuryerdə 15 kq-a yaxın heroin aşkarlanıb

21 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdən göndərilən külli miqdarda narkotikin ölkə ərazisində satışını təşkil etməli olan şəxs saxlanılıb, ona məxsus torbadan ayrı-ayrı bükümlərdə 15 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, həmin narkotik vasitənin satışını təşkil etməsi üçün Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynova xaricdə yaşayan narkotacir tərəfindən göndərildiyi müəyyən edilib.

Masallı RPŞ-nin əməkdaşkarının keçirdiyi digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayonun Banbaşı kənd sakini Şahin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI