Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

21 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Press.az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda həbs qətimkan tədbirinin davamı ilə bağlı təqdimat təmin edilib. Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 38 gün uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
OTACI