Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hulusi Akar: "İsveç müdafiə nazirinin səfərini ləğv etdik"

21 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ankara İsveçin müdafiə naziri Pol Yonsonun yanvarın 27-nə planlaşdırılan səfərini Stokholmda Türkiyə əleyhinə etirazlar səbəbindən ləğv edib.

Press.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar məlumat verib:

“İndiki məqamda İsveç müdafiə naziri Yonsonun yanvarın 27-də Türkiyəyə gəlməsi mənasızdır. Ona görə də səfəri ləğv etdik”.

Akar həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün ölkələr arasında bağlanan memorandumun şərtlərinin yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, dünən İsveçin Ankaradakı səfiri PKK terror təşkilatının tərəfdarlarının yanvarın 21-nə Stokholmda keçirilməsi planlaşdırılan nümayişi ilə əlaqədar Türkiyə XİN-ə çağırılıb.

Yanvarın 16-da Prezident Ərdoğan xəbərdarlıq edib ki, İsveç PKK-ya qarşı tədbir görməsə, Ankaranın Stokholmla münasibətləri gərginləşə bilər.

Türkiyə Prezidenti əlavə edib ki, PKK təkcə İsveçdə deyil, Finlandiya, Almaniya, Fransa və Britaniyada da aksiyalar keçirir.

Oxşar xəbərlər
OTACI