Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sülhməramlılara aid maşın Laçın yolundan maneəsiz keçdi

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

Press.az xəbər verir ki, avtomobil Xankəndidən Laçın istiqamətində keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobilin keçidi üçün şərait yaradıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 40 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Oxşar xəbərlər
OTACI