Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda beşmərtəbəli bina yandı - Sakinlər təxliyə edildi

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Press.az-a-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 250 m² olan obyektin (hazırda fəaliyyət göstərmir) 1 otağına yığılan taxta tullantıları 20 m² sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan mənzilin bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi qismən yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Obyekt və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər
OTACI