Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid övladları üçün güzəştlər qüvvəyə mindi

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvlərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 800 manat məbləğində azaldılır”.

Press.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb.

O bildirib ki, şəhid övladları da artıq bu güzəştdən yararlana biləcəklər:

“Bundan əlavə, şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvəllər bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu”.

“Şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra bu hüquqdan istifadə imkanı yaranır. Bu baxımdan, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydalanmağa imkan verəcək”, – millət vəkili əlavə edib.

Oxşar xəbərlər
OTACI