Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb.

Bu barədə Press.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, yanvarın 19-da “Toyota” markalı bir avtomobildən 15 min manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuşlar - Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI