First slide

Litva Prezidenti: "20 Yanvar qurbanlarını hörmətlə anırıq"

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qara Yanvar faciəsi - Sovet qoşunlarının hücumu nəticəsində Azərbaycan xalqının amansız qətliamını hörmətlə anırıq".

Press.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda tviterdəki paylaşımında qeyd edib.

Litva lideri vurğulayıb ki, sovet ordusunun Azərbaycan istiqlal hərəkatını darmadağın etmək cəhdləri baş tutmadı.

"Hazırda 33 ildən sonra Ukraynada eyni amansız cinayətlər törədilir. Onlar heç zaman uğur qazana bilməyəcəklər" - Nauseda bildirib.

Oxşar xəbərlər
OTACI