Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Samir Şərifov maaş artımlarından DANIŞDI

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsində ayrılır”.

Bunu “Report”a açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edəcək artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Minimum pensiyadakı artımı da nəzərə alaraq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş birbaşa faydalana biləcək.

Oxşar xəbərlər
OTACI